Menyu

Ticarət Nişanları

© 2015 McDonald’s. ™ və ya ® kimi nişanlanmış bütün istinadlar McDonald’s Corporation və onun törəmələrinə aid ticarət nişanlarıdır (üçüncü tərəfin ticarət nişanı göstərilən hallar istisna olmaqla). Bütün hüquqlar qorunur.

McDonald’s Happy Studio - Vebsayt və Proqramın Şərt və Qaydaları

McDonald's Happy Studio-ya xoş gəldiniz! Bu Şərt və Qaydalar Happy Studio vebsaytı və/və ya proqramından istifadə etdiyiniz zaman riayət etmədiyiniz qaydaları izah edir. Bu şərt və qaydalar Happy Studio vebsaytı və proqramından istifadənizə tətbiq edilir.

Happy Studio-dan istifadə etməzdən və uşağınıza Happy Studio-dan istifadə etmək icazəsi verməzdən öncə Şərt və Qaydalar və Məxfilik Siyasətini oxuyun.

Bu Şərt və Qaydalar aşağıdakı bölmələrdən ibarətdir (birbaşa bu bölməyə keçmək üçün başlığa vurun):

  • 1. Happy Studio-nu kim işlədir?

    Happy Studio McDonald’s Europe Limited tərəfindən çalışdırılır və idarə edilir (şirkətin qeydiyyat nömrəsi: 01739890), Birləşmiş Krallıqda yaradılmışdır və qeydiyyat ünvanı aşağıdakı kimidir:

    178/180 Edgware Road,
    London, W2 2DS.

    Bizimlə help@happystudio.com vasitəsilə əlaqə saxlamaq mümkündür.

  • 2. Happy Studio vebsaytına çıxış

    Happy Studio vebsaytı və/və ya proqramına daxil olmaq və ondan istifadə etməklə siz bu Şərt və Qaydalara əməl etməklə razılaşırsınız. Bu Şərt və Qaydaların hər hansı hissəsi ilə razı deyilsinizsə, Happy Studio-dan istifadə etməyin və uşaqlarınızda Happy Studio-dan istifadə etmək icazəsi verməyin.

    Happy Studio vebsaytı yalnız sizin şəxsi əyləncəniz üçün siz və uşağınız tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. Siz ondan istənilən biznes işləri və ya başqa ticarət məqsədləri üçün istifadə etməməlisiniz.

  • 3. İntellektual Mülkiyyət Hüquqları

    İntellektual Mülkiyyət Hüquqları ("İMH") insanlara ixtira, kitablar, sənət əsərləri, simvollar, adlar, şəkillər və dizayn kimi yaratdıqlarını qorumaq hüququ verir. Happy Studio-da olan bütün şəkillər, loqolar, təsvirlər, audio-kliplər, video-kliplər, mətn və başqa elementlər, eləcə də vebsaytın ümumi dizyanı İMH ilə qorunur. McDonald’s ya bu cür İMH-larına malikdir və ya başqalarına aid olanlardan istifadə etmək icazəsi vardır. Bu o deməkdir ki, siz ilk öncə müvafiq icazə almadan Happy Studio-da olan heç bir məlumatı kopyalaya, təkrar yarada, dəyişə, sata və ya başqasına verə bilməzsiniz. Əkd halda İMH-larını pozmuş olursunuz və problemlərlə qarşılaşa bilərsiniz!

  • 4. Sizin ianələriniz

    Siz və ya uşağınız tapşırıq və ya rəsmlərin və pulsuz proqramın bir hissəsi kimi Happy Studio və ya bizə nə isə göndərdikdə bizim sizə və uşağınıza Happy Studio-dan istifadə etmək icazəsi verməyimiz üçün bizə və agentliklərimiz və təchizatçılarımıza özünüz və uşağınız adından siz və uşağınızın göndərdiklərindən bütün dünya üzrə pulsuz, siz və ya uşağınıza hər hansı kompenasiya ödəmədən və yalnız öz faydamız üçün istifadə etmək, redaktə etmək, kopyalamaq, adaptasiya etmək, silmək və təkrar istehsal etmək üçün icazə verirsiniz.

    Siz bizə siz və ya uşağınızın Happy Studio-ya göndərdiyiniz hər bir şeyin orijinal olduğu, sizə aid olduğu və başqalarından kopyalanmadığı və ya onların icazəsi olmadan istifadə edilmədiyinə and içirsiniz.

    Siz bizə və ya Happy Studio-ya göndərdiklərinizin heç birində başqalarına başqa insanları və ya onların şəxsi məlumatı və ya mülkiyyətini, xüsusilə əsl adları və ya ünvanlarını müəyyən etmək imkanı verən məlumat və ya şəkillərin olmaması üçün məsuliyyət daşıyırsınız. Bu, xüsusilə tapşırıq, rəsm və ya pulsuz imkan üçün yaradıcılığın bir hissəsi kimi göndərilmələr zamanı vacibdir.

  • 5. Uşaqlar Happy Studio-dan istifadə etmək üçün valideyn və ya qəyyumlarının icazəsini almalıdırmı?

    Happy Studio proqramı proqramın mobil cihaz və ya tabletdə quraşdırılmasından sonra oynamaq üçün valideyn və ya qəyyumun icazəsini tələb etmir. iTunes və Google Play valideyn və ya qəyyuma uşağı Happy Studio yükləməkdən qorumaq üçün nəzarət və şifrə dəstəyi təmin edir.

    Uşağınızın görə və çıxa biləcəyi məzmunu məhdudlaşdırmaq qaydası barədə məlumat almaq üçün...

    iTunes: http://support.apple.com/kb/ht1904?viewlocale=en_EN
    Google Play: https://support.google.com/googleplay/answer/1075738?hl=en

    Proqramın satın alınması üçün parol tələb etmək və iTunes App Store-də rəy yazmaqla bağlı məlumat almaq üçün: http://support.apple.com/kb/ht1904?viewlocale=en_EN

    Google Play hesabına parol mühafizəsi qoymaq üçün: https://support.google.com/googleplay/answer/1626831?hl=en

    Happy Studio vebsaytı uşağınızı vebsayta daxil olmazdan öncə valideynin icazəsini istəməyə yönləndirir. Valideyn və ya qəyyumun razılığının olduğundan əmin olmaq üçün sayta daxil ola bilməzdən öncə sadə riyazi hesablama aparmaq tələb ediləcəkdir.

    Vebsayt və ya proqram vasitəsilə uşağınızdan heç bir şəxsi məlumat toplanmayacaqdır. Vebsayt və proqram pulsuzdur (hər hansı data xərclərindən başqa).

  • 6. Happy Studio uşaqlar üçün təhlükəsizdirmi?

    Biz Happy Studio-nun uşaqlar üçün təhlükəsiz olması üçün əlimizdən gələni etmişik. Zəhmət olmasa, təhlükəsizlik sistemi bağlı ətraflı məlumat almaq üçün Məxfilik Siyasətimizə baxın.

  • 7. Happy Studiodan istifadə

    Yuxarıda izah etdiyimiz kimi biz Happy Studio-nun uşaqlar üçün təhlükəsiz olması üçün əlimizdən gələni etmişik. İnsanların bu Şərt və Qaydalara əməl etməsi üçün əlimizdən gələni etdiyimizə baxmayaraq, hər kəsin onlara əməl edəcəyini vəd edə bilmərik. Bizim xəbərimiz olmadan kimsə bu vebsaytdan lazım olmayan şəkildə istifadə edirsə, qanunla icazə verilən şəkildə, biz bu şəxsin davranışı üçün məsuliyyət daşımrıq.

    Siz aşağıdakıları etməmək və uşağınızın etməsinə icazə verməməklə razılaşırsınız:

    • Happy Studio vebsaytı, proqramı, Valideyn Nəzarəti və ya e-poçtda qeyri-müvafiq və ya reklam xarakterli məzmun yükləmək və ya dərc etmək - qeyri-müvafiq dedikdə, İMH-lərdən istifadə etməsi ilə başqa insan və ya şirkətləri müəyyən edə və ya onlara ziyan vura bilən məlumat nəzərdə tutulur;

    • hər hansı şəxs və ya şirkəti xüsusilə qeyd etmək və ya yalandan onlara qarşı iddia irəli sürmək;

    • hər hansı Happy Studio istifadəçisini təhqir etmək, zədələmək, ziyan vurmaq və ya təcavüz etmək;

    • tərkibində virus olan və ya Happy Studio, bizim kompüter proqramlarımıza və ya ümumilikdə kompüter sistemlərimizə ziyan vura bilən hər hansı məzmunu yükləmək, dərc etmək və ya e-poçt ilə göndərmək; və ya

    • hər halda qanunu pozmaq.

  • 8. Happy Studio-ya keçid

    Öz vebsaytınızdan Happy Studio vebsaytına keçid təmin etsəniz, Happy Studio ilə hər hansı əməkdaşlıq əlaqəniz olduğu iddia və ya təklif etməməlisiniz və heç bir yalan, karıxdırıcı, təhqiredici və ya ümumilikdə mənfi davranışda Happy Studio-ya istinad etməməlisiniz. Xoş rəftar ol!

  • 9. Biz hər hansı şəxsi məlumatı toplayırıqmı?

    Biz sizin şəxsi məlumatınızı uşaqlarınızdan toplamırıq. Bizim Valideyn Nəzarəti proqramımıza qoşulduğunuzda və ya bülleten üçün abunə olduğunuzda biz yalnız valideyn və ya qəyyum kimi sizdən məlumatı toplayırıq. Zəhmət olmasa, bu məlumatı toplamaq və istifadə etmək qaydasını və ən əsası şəxsi məlumatınızı necə qoruduğumuzu izah edən Məxfilik Siyasətinə baxın.

  • 10. Bizim Happy Studio vebsaytından istifadənizlə bağlı hüquqi məsuliyyətimiz

    Happy Studio "olduğu kimi" və "mövcudluğuna əsasən" hazırlanmışdır. Bu o deməkdir ki, biz vebsaytın hər zaman dayanmadan və/və ya xətasız işləyəcəyi ilə bağlı vədlər etmirik. Vebsayt və ya proqram istənilən zaman zədələnə və ya biz onu oflayn rejimə keçirməli və təmir etməli ola bilərik.

    Qanunla icazə verilmiş şəkildə biz vebsaytın mövcudluğu və ya hər hansı gecikmələr, yanlışlıqlar, xətalar və ya çatışmamazlıqlar üçün məsuliyyət və ya öhdəlik daşımırıq. Biz eyni zamanda vebsaytın tamamilə virussuz və ya "troya atları" və ya "qurdlar" kimi buna bənzər problemlərdən azad olduğunu iddia edə bilmərik. Lakin bildirmək istərdik ki, biz standart virusdan mühafizə alətlərindən istifadə edirik.

    Qanunla icazə verilmiş şəkildə biz a) ümumilikdə vebsaytdan istifadə zamanı və ya b) sizin vebsaytdan istifadəniz nəticəsində yaranan hər hansı itkilər üçün məsuliyyət və ya öhdəlik daşımırıq.

  • 11. Başqa vebsaytlara, məhsullara və xidmətlərə Keçidlər və Reklamlar

    Happy Studio-da heç bir yemək reklamı və ya marketinq yoxdur. Eyni zamanda uşaqlara aid bölmədə başqa saytlara və ya xidmətlərə keçidlər yoxdur, odur ki, valideynlər uşaqların təhlükəsiz şəkildə oynayacağından əmin ola bilər.

    Bəzən biz yalnız böyüklərin çıxa biləcəyi başqa vebsaytlara, məhsullara və xidmətlərə keçidlər və ya reklamlar yerləşdirə bilərik. Biz bu cür keçid və/və ya reklamlardan istifadə etdiyimizdə, onlar yalnız rahatlıq və maraq üçün verilir.

    Biz keçid və ya reklamların aparmış ola biləcəyi vebsaytlardakı fikir və ya rəyləri təsdiq etmirik. Biz keçid və ya reklamların əlaqələndirdiyi başqa vebsaytların məzmununun dəqiqliyi, tamlığı və ya keyfiyyəti üçün heç bir məsuliyyət daşımırıq və ya onları təsdiq etmirik. Eyni zamanda, biz həmin vebsaytlar və ya reklamların təklfi etdiyi, çıxdığı, əldə etdiyi və ya reklam etdiyi hər hansı məhsul və ya xidmətlərinin çatdırılması və ya keyfiyyəti üçün məsuliyyət daşımırıq.

  • 12. Bu Şərt və Qaydalar dəyişəcək?

    Biz vaxtaşırı olaraq bu Şərt və Qaydaları yeniləməli ola bilərik. Əgər biz hər hansı dəyişiklik etsək, dəyişiklikləri vebsaytın böyüklər üçün olan bölməsində və ya lazım bildiyimiz başqa bölmələrdə yerləşdirəcəyik ki, sin onlar barədə məlumatlı olasınız. Zəhmət olmasa, Şərt və Qaydalarda edilən dəyişiklikləri qaçırmamaq üçün mütəmadi olaraq vebsayta daxil olmağı unutmayın.

  • 13. Bəzi başqa ümumi məqamlar

    Bu Şərt və Qaydalar və Məxfilik Siyasəti siz və bizim aramızda Happy Studio vebsaytı ilə bağlı tətbiq edilən yeganə hüquqi şərtlərdir.

    Bu Şərt və Qaydaların hər hansı hissəsi qeyri-qanuni, yanlış və ya əvvəlcədən görülə bilən olmazsa, həmin hissə nəzərə alınmamalı və silinməli, qalan şərt və qaydalar isə qüvvədə qalmalıdır.

    Bu Şərt və Qaydalar İngiltərə qanunlarına əsasən idarə edilir. Ümid edirik ki, sizinlə aramızda heç bir mübahisə baş verməyəcəkdir, lakin belə olarsa, məsələnin yalnız İngiltərə məhkəmələrində qaldırıla bilməsi ilə razılaşırsınız.

  • 14. Bu Şərt və Qaydalar son dəfə nə zaman yenilənmişdir?

    3 avgust 2015-ci il