Menyu

Bu Məxfilik Siyasəti nə üçündür?

McDonald's Happy Studio-ya xoş gəldiniz! McDonald's-da biz sizin şəxsi məlumatınızı və ailənizin ailə məlumatını qorumağa çalışırıq. Bu Məxfilik Siyasəti Happy Studio ilə topladığımız məlumatı, ondan necə istifadə etdiyimizi və onu necə qoruduğumuzu izah edir.

Bu Məxfilik Siyasəti sizin Happy Studio vebsaytı və Happy Studio smartfon proqramından istifadənizə tətbiq edilir.

McDonald’s Europe Limited bu məxfilik bəyanatının və bizim təcrübəmizin TRUSTe möhürünə vuraraq təsdiq səhifəsində əldə edilə bilən TRUSTe proqramı ilə uyğunluğunun yoxlanması barədə TRUSTe Məxfilik Möhürü almışdır.

Bizim məxfilik siyasətimiz və ya təcrübələrimizlə bağlı hər hansı sualınız və ya narazılığınız varsa, help@happystudio.com ünvanından bizimlə əlaqə saxlayın.

Bizim lazımi şəkildə ünvanlandırmağımız hər hansı həll edilməmiş məxfilik və ya məlumatdan istifadə ilə bağlı narahatlığınız varsa TRUSTe ilə əlaqə saxlayın.

McDonald’s Europe Limited şirkətinin www.happystudio.com saytındakə məxfilik təcrübələri və bizim Happy Studio proqramımız TRUSTe Veb Məxfilik sertifikat standartlarına uyğundur və bizim saytda uşaqlardan məlumat toplamağımız və ondan istifadəmizlə bağlı TRUSTe Uşaqların Məxfiliyi Proqramına uyğun fəaliyyət göstərir.

Bu Məxfilik Siyasəti aşağıdakı bölmələrdən ibarətdir (həmin bölməyə birbaşa keçmək üçün başlıq üzərində vurun):

  • 1. Happy Studio-nu kim işlədir?

    Happy Studio Böyük Britaniyada yaradılan və qeydiyyatdan keçirilmiş ünvanı

    178/180 Edgware Road,
    London, W2 2DS olan McDonald's Europe Limited tərəfindən çalışdırılır və idarə edilir.

  • 2. Uşaqlar Happy Studio-dan istifadə etmək üçün valideyn və ya qəyyumlarının icazəsini almalıdırmı?

    Happy Studio proqramı proqramın mobil cihaz və ya tabletdə quraşdırılmasından sonra oynamaq üçün valideyn və ya qəyyumun icazəsini tələb etmir. iTunes və Google Play valideyn və ya qəyyuma uşağı Happy Studio yükləməkdən qorumaq üçün nəzarət və şifrə dəstəyi təmin edir.

    Uşağınızın görə və çıxa bildiyi məzmunu məhdudlaşdırmaqla bağlı məlumat almaq üçün...

    iTunes-da: http://support.apple.com/kb/ht1904?viewlocale=en_EN
    Google Play-də: https://support.google.com/googleplay/answer/1075738?hl=en

    Proqramın satın alınması üçün parol tələb etmək və iTunes App Store-də rəy yazmaqla bağlı məlumat almaq üçün: http://support.apple.com/kb/ht1904?viewlocale=en_EN

    Google Play hesabına parol mühafizəsi qoymaq üçün: https://support.google.com/googleplay/answer/1626831?hl=en

    Happy Studio vebsaytı uşağınızı vebsayta daxil olmazdan öncə valideynin icazəsini istəməyə yönləndirir. Valideyn və ya qəyyumun razılığının olduğundan əmin olmaq üçün sayta daxil ola bilməzdən öncə sadə riyazi hesablama aparmaq tələb ediləcəkdir.

  • 3. Happy Studio uşaqlar üçün təhlükəsizdirmi?

    Biz Happy Studio-nun uşaqlar üçün təhlükəsiz olması üçün əlimizdən gələni etmişik. Məsələn, uşaqların Happy Studio-da birbaşa olaraq başqa uşaqlarla əlaqə yaratması mümkün deyil. Bu o deməkdir ki, uşaqlar sərbəst şəkildə mesajlar yaza bilməz və bu mesajlarda kobud və ya təhqiredici sözlər ola bilməz. Valideynlər uşaqlarının sərbəst söhbət edə, məlumat paylaşa və ya başqa lazımsız uşaqlarla əlaqə yarada bilməyəcəklərini bilərək rahat ola bilərlər.

    Happy Studio-da qida və ya ərzaq məhsulları reklam edilmir. Happy Studio təhlükəsiz mühitdir və ümumilikdə qapalı saytdır/proqramdır.

  • 4. Biz hansı şəxsi məlumatı toplayırıq?

    Biz Happy Studio proqram və vebsaytında uşağınızdan heç bir şəxsi məlumat toplamırıq.

    Böyüklər bölməsində biz sizin adınız və e-poçt ünvanınızı yalnız bülletenlərimizə və ya Valideyn Panelinə (heç biri məcburi deyil) abunə olmağı seçdiyinizdə tələb edirik.

  • 5. Sizin şəxsi məlumatınız harada saxlanır?

    Hazırda biz şəxsi məlumatı Avropada yerləşən məlumat mərkəzində saxlayırıq. Lakin, bu, dəyişərsə, biz hətta insanların şəxsi məlumatlarla bağlı daha az hüquqları olan ölkələrdə şəxsi məlumatın təhlükəsiz olması və Məxfilik Siyasətinə əsasən işlənməini təmin etmək üçün bütün lazımi addımları atacağıq.

  • 6. Sizin şəxsi məlumatınızın təhlükəsizlikdə saxlanması və qorunmasını necə təmin edirik?

    Şəxsi məlumatınızın təhlükəsizlikdə saxlanması və qorunması üçün Happy Studio müxtəlif texniki metodların istifadəsi ilə hazırlanmışdır. Məsələn, sizin bütün şəxsi məlumatlarınız birbaşa xarici dünya ilə əlaqəsi olmayan kompüter serverlərində saxlanır. Biz eyni zamanda Happy Studio olan maşınlara xaricdən çıxışın qarşısını almağa kömək edən mürəkkəb texnologiyalardan istifadə edirik. Biz bizə təqdim edilən şəxsi məlumatın ötürmə zamanı və artıq qəbul edildikdən sonra qorunması üçün ümumi şəkildə qəbul edilmiş standartlara əməl edirik. Lakin internet və ya elektron yaddaşla ötürmə metodlarının heç biri 100% təhlükəsiz deyil. Bu səbəbdən biz tam təhlükəsizliyə zəmanət verə bilmərik.

  • 7. Biz sizin şəxsi məlumatınızı başqaları ilə paylaşacayıqmı?

    Biz heç zaman sizin şəxsi məlumatınızı üçüncü tərəflərə satmayacağıq.

    Ümumilikdə sizin məlumatınız yalnız McDonald's üçün işləyən insanlar tərəfindən istifadə ediləcəkdir (bu insanlardan bəziləri xarici ofislərdə işləyə bilər). Lakin biz çox vaxt bizə saytdan toplanan bütün məlumatları idarə etmək üçün əlavə insanlar lazım olur və biz sizin məlumartlarını onlarla paylaşa bilərik. Məsələn, biz hazırda Happy Studio saytının işlədilməsində R/GA şirkəti ilə əməkdaşlıq edirik. Biz sizin məlumatınızı başqa şəxslərə təqdim edərsək, bu zaman onun təhlükəsizlikdə qorunması və üçüncü tərəflərin marketinq məqsədləri üçün istifadə edilməməsini təmin edəcəyik.

    Biz Saytın bütövlüyünü qorumaq, tələblərinizə cavab vermək və ya hər hansı qanuni və ya nizamlayıcı araşdırmada iştirak etmək üçün qanun, qayda və ya hüquqi tələbə əsasən hər hansı məlumatı açıqlamaq və istifadə etmək hüququnu saxlayırıq.

    Biz Happy Studio-nun istifadə trendini müəyyən etmək üçün bəzi “qeyri-şəxsi” statistik məlumatları başqaları ilə paylaşa bilərik; məsələn, hər ay Happy Studio-ya neçə nəfər daxil olur. Narahat olmayın, çünki bu məlumat heç vaxt şəxsən sizi eyniləşdirməyəcəkdir.

  • 8. Siz Happy Studio məzmununu başqaları ilə paylaşa bilərsinizmi?

    Happy Studio məzmunu sizin Happy Studio proqramının kameranıza çıxış icazəsi verdiyiniz və ya Uşağınızın yaratdıqlarının şəkillərinin cihazda saxlanmasına icazə verdiyiniz hallar çıxmaq şərtilə (siz bu şəkillərin başqaları ilə paylaşılmasını seçə bilərsiniz - bu funksiya Happy Studio proqramının funksiyalarından ayrıdır), başqaları ilə paylaşıla bilməz.

  • 9. Biz şəxsi məlumatı nə qədər saxlayırıq?

    Siz bülletenlər almağı seçdiyinizdə və ya Valideyn Panelinə qoşulduğunuzda biz şəxsi məlumatınızı bu xidmətə abunə olduğunuz müddətdə saxlamağa davam edəcəyik.

    Zəhmət olmasa, nəzərə alın ki, Happy Studio proqramını cihazınızdan sildiyinizdə o, avtomatik olaraq sizin bülletenə və ya Valideyn Panelinə abunəliyinizi silməyəcək; siz ayrıca olaraq bülleten almağa abunəlikdən və ya Valideyn Panelində iştirakdan imtina edə bilərsiniz.

  • 10. Sizin haqqınızda hansı şəxsi məlumata malik olduğumuzu bilə bilərsinizmi?

    Siz bizdə olan sizə aid bütün şəxsi məlumatın sürətini help@happystudio.com

    ünvanından tələb edə bilərsiniz.
  • 11. Siz şəxsi məlumatınızı necə silə və ya yeniləyə bilərsiniz?

    Siz bülleten almaqdan və/və ya Valideyn Panelində iştirakdan imtina etmək və bizim sizin şəxsi məlumatınızı silməyimizi istədikdə:

    (i) sizə göndərdiyimiz e-poçtun aşağısında "abunəliyi ləğv et" vura bilərsiniz (zəhmət olmasa, nəzərə alın ki, Valideyn Panelindən və bülletenlərdən imtina etmək istədiyinizdə, e-poçtdan istifadə edərək hər birindən ayrıca imtina etməlisiniz); və ya
    (ii) help@happystudio.comünvanından bizimlə əlaqə saxlaya bilərsiniz.

    Şəxsi məlumatınızı yeniləmək istədiyinizdə yuxarıdakı yolla abunəliyi ləğv etməli və yeni məlumatınızla yenidən qeydiyyatdan keçməlisiniz.

  • 12. Happy Studio proqramını silə bilərsinizmi?

    Siz Happy Studio-nu bütün digər proqramlar kimi cihazınızdan silə bilərsiniz. Zəhmət olmasa, nəzərə alın ki, Happy Studio proqramını cihazınızdan sildiyinizdə o, avtomatik olaraq sizin bülletenə və ya Valideyn Panelinə abunəliyinizi silməyəcək; siz ayrıca olaraq bülleten almağa abunəlikdən və ya Valideyn Panelində iştirakdan imtina edə bilərsiniz.

  • 13. Sizinlə nə zaman əlaqə saxlayacağıq?

    İştirakdan imtina etməyi seçdiyinizdə, biz vaxtaşırı olaraq Happy Studio-nun son yenilikləri barədə e-poçt vasitəsilə sizi məlumatlandıracağıq. Artıq xəbərlərimizi almaq istəmirsinizsə, siz xəbər məktubunda olan qaydalara əsasən bunu ləğv edə bilərsiniz.

    Valideynlər və qəyyumlar eyni zamanda bizim "Valideyn Paneli"mizə qoşula bilər. Valideyn Panelinin iştirakçısınızsa, sizdən Happy Studio, McDonald’s ailəsi ilə təcrübəniz barədə rəyinizi və bəzən sadəcə olaraq valideyn və ya qəyyum kimi fikirlərinizi öyrənmək istəyə bilərik.

  • 14. Happy Studio Smartfon Proqramı barədə bilmək istədiyiniz başqa bir şey varmı?

    Happy Studio Proqramı digər smartfon və tablet proqramları kimi sizin proqramı quraşdırmanız və istifadə etməniz üçün cihazınızın unikal eyniləşdirmə kodunu (məsələn, iPhone-da "UDID") görə bilər. Bu kod sizin cihazınızı müəyyən etmək üçün istifadə edilə bilən unikal eyniləşdirmə nömrəsidir. Biz proqramda birbaşa coğrafi yerin izlənməsindən istifadə etmirik, lakin siz proqramı yüklədiyinizdə biz cihazınızın qurulduğu ölkə və sizi Happy Studio serverlərinə bağlayan IP ünvanı sayəsində hansı ölkədən bunu etdiyinizi biləcəyik.

    Proqramdan ilk dəfə istifadə etdiyinizdə, o, eyni zamanda sizin proqrama icazə verib vermədiyinizi soruşacaq:

    (i) Bildirişlərinizi göndərmək üçün (məsələn, proqramda yeniləmə və ya yeni mövzunun olması barədə bildirmək) siz bildirişlərə icazə vermirsiniz, lakin bunu etdiyinizdə, sizə artıq nömrə göndərməməyə və sizin onları istənilən zaman cihazda söndürə biləcəyinizə söz veririk;
    (ii) Kamera və şəkil kitabxanasına çıxmaq (bu, sizə proqramın skan kimi kameradan istifadə edən bəzi funksiyalarına çıxış imkanı verir) və sizə uşağınızın Happy Studio-da yaratdıqlarını şəkil kitabxanasında saxlamağa imkan vermək üçün siz çıxışa icazə verib verməməyi seçə bilərsiniz, lakin bu cür icazə vermədiyinizdə proqram funksiyalarının bəziləri məhdudlaşdırıla bilər. Siz istənilən zaman cihazdan bu çıxışı məhdudlaşdıra bilərsiniz. Hətta çıxış icazəsi verdiyinizdə biz cihazınızın kamerası ilə çəkilən şəkilləri və ya cihazınızın yaddaşında olan şəkilləri saxlamayacaq və istifadə etməyəcəyik.

  • 15. Kuki fayllar nədir və biz onlar və ya buna bənzər fayllardan istifadə edirikmi?

    Kuki, bekon, teqlər və ssenari kimi texnologiyalar McDonald’s və ortaqlarımız (bazar agentlikləri kimi), filiallar və analitika və xidmət təminatçıları (analitiklər və hosting-təminatçılar kimi) tərəfindən istifadə edilir. Kuki fayllar vebsaytın müəyyən məlumatı yadda saxlamasına imkan vermək və vebsaytdan istifadəni asanlaşdırmaq üçün kiminsə kompüterinə köçürdüyü mətni məlumatlardır. Bu bölmə sizə kuki fayllar və onları silmək/bloklamaq qaydası barədə ətraflı məlumat verəcək.

    Kuki fayllar bir az sizin yerli McDonald’s restoranınızdakı işçilərə bənzəyir.Həmin insanlar sizin adınızı və ya harada yaşadığınızı bilmir, lakin sizi tanıyır və sevimli yeməyinizi yadda saxlayır ki, növbəti dəfə gəldiyinizdə nə istədiyinizi bilərək sizə daha cəld xidmət göstərsin!

    Bir çox vebsaytlar kimi Happy Studio vebsaytları da onlayn təcrübənizi yaxşılaşdırmaq üçün kuki fayllardan istifadə edir. Məsələn, Happy Studio eyni zamanda Happy Studio məzmununu daha yaxşı idarə etmək üçün aydın hədiyyələrdən (Web Beacon kimi tanınan) istifadə edir. Aydın hədiyyələr unikal eyniləşdirici ilə kiçik qrafiklərdir (kukilərə bənzər) və kompüterin sərt diskində saxlanır və bütün toplanan məlumatın anonim qalması şərtilə veb brauzerdəki onlayn hərəkəti izləmək üçün vebsəhifələrdə görünməz qalır və biz bu aydın hədiyyələrlə şəxsi eyniləşdirə bilən məlumatları toplamırıq. Biz aydın hədiyyələrdən HTML-əsaslı e-poçtlarımızda istifadə edirik ki, əlaqəməzin səmərəliliyini yaxşılaşdırmaq üçün qəbul edən şəxslərin hansı e-poçtları oxuduğunu görə bilər (unutmayın ki, siz e-poçtdakı sadə abunəlikdən çıxma prosedurları ilə istənilən zaman hər hansı marketinq mesajlarının qəbul edilməsindən imtina edə bilərsiniz).

    Biz eyni zamanda "Flash" kuki adlanan və sizin vebsaytdakı tərcehlərinizi saxlamaq imkanı verən (məsələn, vebsaytın səsinin yüksəkliyi) xüsusi növ kukilərdən istifadə edə bilərik. Fləş-kukilər sayı, növü və məlumat saxlama formasına görə brauzer kukilərdən fərqlidir. Brauzeriniz tərəfindən təmin edilən kuki idarəetmə alətləri Fləş-kukiləri siləcək. Fləş-kukilər üçün məxfilik və saxlama parametrlərini idarə etmək qaydasını öyrənmək üçün buraya vurun.

    Kuki səciyyəvi olaraq kukilərin alındığın domenin adı, kukinin "ömrü" və nadir şəkildə yaradılmış unikal ad və ya başqa dəyərdən ibarət olur.

    Məqsəddən asılı olaraq biz brauzerinizin kuki faylında qalan müvəqqəti kukilərdən ibarət "sessiya" kukilərindən və daha uzun müddət (müddət xüsusi kukinin ömründən asılıdır) brauzerinizin kuki faylında qalan "daimi" kukilərdən istifadə edə bilərik.

    Siz hər dəfə kuki gpndəriləndə kompüterinizin sizi xəbərdar etməsi və ya bütün kukilərin söndürülməsini seçə bilərsiniz. Siz asanlıqla brauzerinizin kuki qovluğunda quraşdırılmış istənilən kukiləri silə bilərsiniz. Siz brauzerin parametrlərində kuki parametrlərini tənzimləyə bilərsiniz. Hər bir brauzer fərqlidir, odur ki, siz çox güman ki, brauzerinizin Kömək menyusundan kuki qovluğunu tapmaq üçün "kukiləri" seçməlisiniz. Lakin Internet Explorer 8 versiyası vardırsa, kukiləri silmək üçün aşağıdakıları edə bilərsiniz:

    1. Internet Explorer-i açmaq üçün vurun.
    2. Alətlər düyməsini vurun və İnternet Seçimlərini seçin.
    3. Ümumi paneldə Axtarış tarixçəsinin altında Sil vurun.
    4. Kuki yoxlama xanasını seçin və artıq yoxlanmışsa, Sil vurun. Silmək istədiyiniz digər seçimlər üçün də yoxlama xanalarını silin və ya seçin.

    Hər hansı yoxlama xanasını yoxlamamısınızsa, axtarış tarixçəsinin silinməsi müvəqqəti olaraq internet faylları, vebsəhifə tarixçəsini və kukiləri silir. Saxlanmış sevimli vebsaytlar üçün müvəqqəti fayllar və kukilər saxlanır.

    Kukiləri söndürdüyünüzsə, siz vebsaytın bütün əyləncəli və həyəcanlı funksiyalarından zövq ala bilməyəcəksiniz və bəzi vebsəhifələr düzgün işləməyə bilər. Brauzerin parametrlərindən kukiləri söndürməyənədək biz sizin Happy Studio vebsaytının kukilərindən istifadə etməyə razı olduğunuzu hesab edəcəyik.

    Kukilər barədə ətraflı məlumat almaq üçün bizim Kuki Siyasətimizi oxuyun.

  • 16. Bu ortaq hansı məlumatı toplayır və ya ona hansı məlumat təqdim edilir?

    Happy Studio saytın yüksək səviyyədə işləməsi üçün Üçüncü Tərəf Ortaqları ilə əməkdaşlıq edir. Ortaqların çoxu Happy Studionu dəqiq təhlillərlə təmin etmək üçün şəxsiyyəti eyniləşdirə bilməyən məlumatları toplayır, yoxlayır və təhlil edir. Bu məlumat bizə xidmətlərimizi yaxşılaşdırmaq, daha maraqlı istifadəçi məzmunu təmin etmək və istifadəçilərimizi daha yaxşı anlamaq və onlara daha yaxşı xidmət göstərməyimizə kömək edir.

    Bizim üçüncü tərəf ortaqlarımıza Happy Studio-da işləyən marketinq agentlikləri, təhlilçilər və hosting-təminatçılar daxildir.

    Bizim ortaqlarımızın məxfilik təcrübələri və uşaqların şəxsi məlumatından necə istifadə edildiyi ilə bağlı hər hansı suallarınız varsa, birbaşa help@happystudio.comünvanına yazın.

  • 17. Bu Məxfilik Siyasəti dəyişəcək?

    Biz vaxtaşırı olaraq bu Məxfilik Siyasətini yeniləməli ola bilərik. Əgər biz bu Məxfilik Siyasətində hər hansı dəyişiklik etsək, dəyişiklikləri vebsaytın Böyüklər üçün olan bölməsində və ya lazım bildiyimiz başqa bölmələrdə yerləşdirəcəyik ki, siz onlar barədə məlumatlı olasınız. Zəhmət olmasa, Məxfilik Siyasətində edilən dəyişiklikləri qaçırmamaq üçün mütəmadi olaraq vebsayta daxil olmağı unutmayın. E-poçt ünvanınızı bizə bildirdiyinizdə və dəyişikliklərin sizin məlumatınızdan istifadəyə təsir edə biləcəyi hallarda biz e-poçt vasitəsilə bu dəyişiklik barədə sizi məlumatlanıracayıq.

  • 18. Siz bizimlə necə əlaqə saxlaya bilərsiniz?

    Məxfilik Siyasəti ilə bağlı hər hansı sual və ya təklifləriniz varsa, help@happystudio.comünvanına e-poçt məktubu göndərməklə, McDonald’s Europe Limited, 178-180 Edgware Road, London W2 2DS, BK.

  • 19. Bu Məxfilik Siyasəti ən son nə zaman yenilənmişdir?

    3 Avqust 2015

  • 20. Happy Studio başqa vebsaytlara keçid verirmi?

    Yalnız bir neçə yerdə Happy Studio başqa vebsaytlara keçid verir:

    TRUSTe: TRUSTe loqosu (və brendi) McDonald’s və Happy Studio-nun TRUSTe məxfilik sertifikatlarına uyğunluğunun təsdiq edilməsi ilə bağlı daha çox məlumat təmin etmək üçün TRUSTe vebsaytına keçid verir.

    Apple iTunes və Google Play: Happy Studio proqramı və Happy Studio mobil vebsaytı istifadəçiləri McDonald’s-ın iPhone, iPad və Android proqramlarını yükləmək qaydası ilə bağlı yönləndirmək üçün Apple iTunes App Store və Google Play ilə əlaqələndirəcək. Happy Studio proqramı eyni zamanda istifadəçilərə proqramın yükləndiyi mağazada Happy Studio proqramını qiymətləndirmək imkanı veririk. Məcbur olduqda istifadəçidən proqramı qiymətləndirmək və rəy yazmaq tələb ediləcək. Hər hansı proqramın yüklənməsi, qiymətləndirilməsi və rəy yazılması üçün mağazada etibarlı olan hesab olmalı və istifadəilər mağazaya daxil olmuş olmalıdırlar.

    Uşağınızın iTunes-da görə və aça bildiyi məzmununu məhdudlaşdırmaq üçün...

    : http://support.apple.com/kb/ht1904?viewlocale=en_EN
    Google Play-də: https://support.google.com/googleplay/answer/1075738?hl=en

    Proqramın satın alınması üçün parol tələb etmək və iTunes App Store-də rəy yazmaqla bağlı məlumat almaq üçün: http://support.apple.com/kb/ht1904?viewlocale=en_EN

    Google Play hesabına parol mühafizəsi qoymaq üçün: https://support.google.com/googleplay/answer/1626831?hl=en