Menyu

Bizimlə əlaqə

Bizimlə birbaşa əlaqə yaratmaq istəyirsiniz?
Aşağıdakı ünvanımıza e-poçt məktubu göndərin:

help@happystudio.com

Happy Studio haqqında suallar

  • Happy Studio nədir?
    Happy Studio McDonald’s və aparıcı oyun dizaynerləri və uşaqların inkişafı üzrə mütəxəssislərlə əməkdaşlıqda yaradılmış tamamilə pulsuz platformadır. O, yaradıcı oyunlarla birgə uşaqlara düşünmək imkanı verir. O, çox əyləncəli və tədrisedici oyunlardan ibarətdir və ailənin birgə keçirdiyi vaxtı faydalı keçirməyə kömək edir. Daima yeni personajların yaranması oyuna daima yeniliklər qatır.
  • Mənim uşağım barədə məlumatlar McDonald's-da saxlanırmı?
    Happy Studio oyunu tamamilə anonimdir. Biz sizin uşaqlarınızla bağlı heç bir məlumat tələb etmirik və saxlamırıq.
  • Proqramın oyun və fəaliyyətləri necə yoxlanır?
    Bizim bütün oyun və fəaliyyətlərimiz mütəxəssislər tərəfindən yoxlanmış və dərəcələrə ayrılmışdır. Uşaqların əylənməsi ilə yanaşı, faydalı biliklərini inkişaf etdirməsi üçün bizim mütəxəssislərimiz oyun və fəaliyyətləri yoxlayır.
  • Mən proqramla bağlı rəyimi necə bildirə bilərəm?
    Biz proqram mağazasında saxladığınız rəylərinizi məmnuniyyətlə nəzərə alarıq. Bizə Happy Studio-da təcrübənizi formalaşdırmaq üçün bizə kömək etmək istəyirsinizsə, Valideyn Panelinə qoşulmağa nə deyərdiniz? Siz fərdi oyunlar barədə rəy və qiymətlərinizi bildirə bilərsiniz.
  • McDonald's bu proqram vasitəsilə öz qıda məhsullarını reklam edirmi?
    Proqramda heç bir yemək reklamı və ya marketinq yoxdur. Biz məqsədli oyunlarla ailəniz üçün əyləncəli mühit yaratmağa çalışırıq. Bu səbəbdən biz heç zaman Happy Studio-da McDonald's qida məhsullarını reklam etmirik.

Texniki suallar

  • Unity Player nədir və nə üçün mən onu yükləməliyəm?
    Unity Player sizə brauzerinizdə 3D məzmunu görmək imkanı verən əlavədir. Bu, Happy Studio oyunlarını oynamaq üçün əla vasitədir və oyunları oynamaq üçün siz onları yükləməlisiniz. O, tamamilə pulsuz və təhlükəsizdir və tələb edildiyi zaman avtomatik yenilənir, odur ki, yalnız bir dəfə yükləmək kifayətdir.
  • Proqramı yükləmək üçün hər hansı xərc tələb edilirmi?
    Wi-Fi bağlantısından istifadə etdiyiniz zaman heç bir əlavə yükləmə xərci ödəmək lazım olmayacaq. Lakin mobil data ilə yükləmə zamanı xərclər yarana bilər. Hər hansı əlavə xərclərin qarşısını almaq üçün Happy Studio proqramını Wi-Fi vasitəsilə yükləmək daha yaxşı olardı.
  • Proqramın yüklənməsi nə qədər zaman alır?
    Cihaz və bağlantınızdan asılı olaraq, sadəcə bir neçə dəqiqə kifayət edəcəkdir.
  • Happy Studio cihazımda nə qədər yer tutacaqdır?
    Happy Studio proqramı ən gözəl oyunları, fəaliyyətləri və pulsuz interaktiv rəqəmsal kitabları ilə birgə təqribən 400 – 500MB həcmə malikdir.
  • İnternetə qoşulmadıqda Happy Studio oyunlarını oynaya bilərəmmi?
    Happy Studio-da oynamaq üçün siz internetə qoşulmalısınız. Lakin oynamaq üçün ilk öncə proqramı yükləməlisiniz.