Menyu

McDonald's Happy Studio - Kukilər

  • 1. Kuki fayllar nədir və biz onlar və ya buna bənzər fayllardan istifadə edirikmi?

    Kuki, bekon, teqlər və ssenari kimi texnologiyalar McDonald’s və ortaqlarımız (bazar agentlikləri kimi), filiallar və analitika və xidmət təminatçıları (analitiklər və hosting-təminatçılar kimi) tərəfindən istifadə edilir. Kuki fayllar vebsaytın müəyyən məlumatı yadda saxlamasına imkan vermək və vebsaytdan istifadəni asanlaşdırmaq üçün kiminsə kompüterinə köçürdüyü mətni məlumatlardır. Bu bölmə sizə kuki fayllar və onları silmək/bloklamaq qaydası barədə ətraflı məlumat verəcək.

    Kuki fayllar bir az sizin yerli McDonald’s restoranınızdakı işçilərə bənzəyir.Həmin insanlar sizin adınızı və ya harada yaşadığınızı bilmir, lakin sizi tanıyır və sevimli yeməyinizi yadda saxlayır ki, növbəti dəfə gəldiyinizdə nə istədiyinizi bilərək sizə daha cəld xidmət göstərsin!

    Bir çox vebsaytlar kimi Happy Studio vebsaytları da onlayn təcrübənizi yaxşılaşdırmaq üçün kuki fayllardan istifadə edir. Məsələn, Happy Studio eyni zamanda Happy Studio məzmununu daha yaxşı idarə etmək üçün aydın hədiyyələrdən (Web Beacon kimi tanınan) istifadə edir. Aydın hədiyyələr unikal eyniləşdirici ilə kiçik qrafiklərdir (kukilərə bənzər) və kompüterin sərt diskində saxlanır və bütün toplanan məlumatın anonim qalması şərtilə veb brauzerdəki onlayn hərəkəti izləmək üçün vebsəhifələrdə görünməz qalır və biz bu aydın hədiyyələrlə şəxsi eyniləşdirə bilən məlumatları toplamırıq. Biz aydın hədiyyələrdən HTML-əsaslı e-poçtlarımızda istifadə edirik ki, əlaqəməzin səmərəliliyini yaxşılaşdırmaq üçün qəbul edən şəxslərin hansı e-poçtları oxuduğunu görə bilər (unutmayın ki, siz e-poçtdakı sadə abunəlikdən çıxma prosedurları ilə istənilən zaman hər hansı marketinq mesajlarının qəbul edilməsindən imtina edə bilərsiniz).

    Biz eyni zamanda "Flash" kuki adlanan və sizin vebsaytdakı tərcehlərinizi saxlamaq imkanı verən (məsələn, vebsaytın səsinin yüksəkliyi) xüsusi növ kukilərdən istifadə edə bilərik. Fləş-kukilər sayı, növü və məlumat saxlama formasına görə brauzer kukilərdən fərqlidir. Brauzeriniz tərəfindən təmin edilən kuki idarəetmə alətləri Fləş-kukiləri siləcək. Fləş-kukilər üçün məxfilik və saxlama parametrlərini idarə etmək qaydasını öyrənmək üçün buraya vurun.

    Kuki səciyyəvi olaraq kukilərin alındığın domenin adı, kukinin "ömrü" və nadir şəkildə yaradılmış unikal ad və ya başqa dəyərdən ibarət olur.

    Məqsəddən asılı olaraq biz brauzerinizin kuki faylında qalan müvəqqəti kukilərdən ibarət "sessiya" kukilərindən və daha uzun müddət (müddət xüsusi kukinin ömründən asılıdır) brauzerinizin kuki faylında qalan "daimi" kukilərdən istifadə edə bilərik.

    Siz hər dəfə kuki gpndəriləndə kompüterinizin sizi xəbərdar etməsi və ya bütün kukilərin söndürülməsini seçə bilərsiniz. Siz asanlıqla brauzerinizin kuki qovluğunda quraşdırılmış istənilən kukiləri silə bilərsiniz. Siz brauzerin parametrlərində kuki parametrlərini tənzimləyə bilərsiniz. Hər bir brauzer fərqlidir, odur ki, siz çox güman ki, brauzerinizin Kömək menyusundan kuki qovluğunu tapmaq üçün "kukiləri" seçməlisiniz. Lakin Internet Explorer 8 versiyası vardırsa, kukiləri silmək üçün aşağıdakıları edə bilərsiniz:

    1. Internet Explorer-i açmaq üçün vurun.
    2. Alətlər düyməsini vurun və İnternet Seçimlərini seçin.
    3. Ümumi paneldə Axtarış tarixçəsinin altında Sil vurun.
    4. Kuki yoxlama xanasını seçin və artıq yoxlanmışsa, Sil vurun. Silmək istədiyiniz digər seçimlər üçün də yoxlama xanalarını silin və ya seçin.

    Hər hansı yoxlama xanasını yoxlamamısınızsa, axtarış tarixçəsinin silinməsi müvəqqəti olaraq internet faylları, vebsəhifə tarixçəsini və kukiləri silir. Saxlanmış sevimli vebsaytlar üçün müvəqqəti fayllar və kukilər saxlanır.

    Kukiləri söndürdüyünüzsə, siz vebsaytın bütün əyləncəli və həyəcanlı funksiyalarından zövq ala bilməyəcəksiniz və bəzi vebsəhifələr düzgün işləməyə bilər. Brauzerin parametrlərindən kukiləri söndürməyənədək biz sizin Happy Studio vebsaytının kukilərindən istifadə etməyə razı olduğunuzu hesab edəcəyik.

  • 2. Hansı kuki kateqoriyaları var?

    Kukilər Beynəlxalq Ticarət Palatasının rəhbərliyinə əsasən aşağıdakı kimi təsnifləşdirilə bilər:

    1) Çox lazımlı Kukilər

    'Çox lazımlı kukilər sizə vebsaytda hərəkət etmək və vebsaytın funksiyalarından istifadə etmək imkanı verir. Bu kukilərsiz bu funksiyalar işləməyəcək.

    Çox lazım olan kukilər brauzer sessiyasının sonunda sililən sessiya kukiləri hesab edilməlidir.

    2) Funksionallıq Kukiləri

    Funksionallıq kukiləri xidmətlər təmin etmək və ya parametrlərinizi xatırlamaq üçün istifadə edilir. Buraya sizin ölkə və dil tərcihləriniz daxil ola bilər. Bu kukilər sizin McDonald's veb-təcrübənizi fərdiləşdirməyə kömək edə bilər. Onlar eyni zamanda müəyyən başqa fəaliyyətlərin idarə edilməsində kömək edə bilər. Biz bu məqamda şəxsi məlumatı kuki faylı ilə əlaqələndirə bilərik.

    Funksionallıq Kukiləri öz təbiəti ilə daimi kukilərdir ki, bu səbəbdən biz vebsaytımıza qayıtdığınızda kompüterinizi tanıyırıq.

    Bu kukilərdən bəziləri üçüncü tərəflər vasitəsilə idarə edilir - bu zaman biz üçüncü tərəflərə vebsaytla bağlı yuxarıda qeyd edilən məqsədlərdən başqa məqsədlər üçün istifadə etməyə icazə vermirik.

    Funksionallıq kukiləri daxil olmaqla, kukilərin qarşısını aldığınızda, bu, bizim sizə xidmət təklif edə bilməyəcəyimiz demək ola bilər.

    3) Gedişat Kukiləri

    Gedişat kukiləri sizin vebsaytdan istifadənizlə bağlı məlumatı toplayır (daxil olduğunuz səhifələr və hər hansı xətalarla üzləşmək kimi). Bu kukilər sizi eyniləşdirə bilən heç bir məlumatı toplamır - toplanan bütün məlumatlar anonim şəkildə olur və yalnız bizə vebsaytın işini yaxşılaşdırmaqda, istifadəçilərimizin maraqlarını anlamaqda və reklamlarımızın səmərəliliyini ölçməkdə kömək etmək üçün istifadə edilir. Onlar eyni zamanda saytımıza daxil olanların ümumi sayını izləməyə kömək edir. Bir çox gedişat kukiləri brauzer sessiyasının sonunda silinməli olan sessiya kukiləri hesab edilir.

    Happy Studio-da bu kukilər üçüncü tərəf vasitəsilə idarə edilir (məsələn, Google Analitika). Biz üçüncü tərəflərə Happy Studio ilə bağlı yuxarıda qeyd edilən məqsədlərdən başqa məqsədlər üçün istifadə etməyə icazə vermirik. Üçüncü tərəfin gedişat kukilərindən bəziləri sessiya əsaslıdır və bitmə tarixləri fərqlənir.

    Gedişat kukilərinin qarşısını aldığınızda biz gələcəkdə vebsaytın işini yaxşılaşdırmaq üçün sizin sayta daxil olmanız barədə məlumatdan istifadə edə bilmirik.

    4) Hədəf Kukiləri

    Hədəf kukiləri istifadəçilər barədə daha çox məlumat toplayır. Bu kukilər siz və maraqlarınıza uyğun reklam hədəflərinin çatdırılması üçün istifadə edilir. Biz bu vebsaytda hədəf kukilərdindən istifadə etmirik.

    Lakin biz gələcəkdə onlardan istifadə etmək istəsək, bunu sizin icazəniz olmadan etməyəcəyik və bunun üçün sizə xüsusi xidmət üçün qeydiyyatdan keçmək və/və ya iştirak etmək təklif ediləcəkdir.

  • 3. İstifadə etdiyimiz veb kukiləri və səbəbləri
    Kuki DomeniKukinin AdıBitmə VaxtıMəqsəd
    www.happystudio.com_ga13 ayGoogle Analitika. Analitik məqsədlər üçün fərdi istifadəçini təmsil etmək etmək üçün (şəxsiyyətini müəyyən etmədən) fərdi anonim nişan kimi istifadə edilir
    www.happystudio.com_gat10 dəqiqəGoogle Analitika. Google Analitikaya göndərilməyən çox sayda sorğuların olmasını təmin etmək üçün istifadə edilir.
    www.happystudio.com__utmaqurulma tarixindən 13 ayGoogle Analitika. Saytın yeni və köhnə istifadəçilərini müəyyən etmək üçün istifadə edilir. __utma sizin cihazınızdan daxil olan sayı və vaxtını saxlayır.
    www.happystudio.com__utmt10 dəqiqəGoogle Analitika. Google Analitikaya göndərilməyən çox sayda sorğuların olmasını təmin etmək üçün istifadə edilir.
    www.happystudio.com__utmbqurulma/yenilənmə vaxtından 30 dəqGoogle Analitika. Yeni sessiya/daxilolmanı müəyyən etmək üçün istifadə edilir.
    www.happystudio.com__utmcSessiyanın sonuGoogle Analitika. Sessiya/daxilolmanın nə zaman bitəcəyini ölçmək üçün istifadə edilir və __utmb ilə noz sessiyanın nə qədər zaman çəkdiyini görürük.
    www.happystudio.com__utmzqurulma-yenilənmə vaxtından 6 ayGoogle Analitika. İstifadəçinin haradan olması, hansı mexanizmdən istifadə etməsi, hansı keçidlə keçməsi və/və ya hansı açar sözlərdən istifadə etməsini və dünyanın hansı hissəsindən sayta daxil olmasını izləmək üçün istifadə edilir.
    www.happystudio.com__utmvqurulma-yenilənmə vaxtından 2 ilGoogle Analirika. Fərdi istifadəçi səviyyəli fərqlər olduqqda fərdiləşdirmənin ölçülməsi üçün istifadə edilir.
    www.happystudio.comorg.springframework.web.servlet.i18n.CookieLocaleResolver.LOCALEqurulma-yenilənmə vaxtından 1 ilSaytda tərcüh etdiyiniz ölkə və dili yadda saxlamaq üçün istifadə edilir.
    www.happystudio.comAWSELBSessiyanın sonuAnonim müəyyənləndirici vebsayta fərdi daxil olma zamanı istifadəçi tərəfindən edilən bütün sorğuların eyni veb-serverə göndərilməsindən əmin olmaq üçün istifadə edilir - bu kukilər saytın düzgün işləməsi üçün lazımdır.
  • 4. İstifadə etdiyimiz proqram kukiləri və səbəbləri
    Kuki AdıMəqsədi
    GoogleUniversalAnalytics_clientIDGoogle Analitika. Analitik məqsədlər üçün fərdi istifadəçini təmsil etmək üçün (şəxsiyyətini müəyyən etmədən) fərdi anonim nişan kimi istifadə edilir.
    GoogleUniversalAnalytics_SystemInfoGoogle Analitika. Google Analitikaya anonim Sistem Məlumatının göndərilib göndərilməməsini müəyyən etmək üçün istifadə edilir (bu, bir dəfə edilməlidir).
    HSAppRemoteNotificationTokenUploadedParse. Bayraq istifadəçi push-bildirişlər almaq istədikdə bizim nişanları bir neçə dəfə yükləməyə çalışdığımız zaman saxlanır.
    HSAppIOSPreferredLanguages(yalnız-iOS) İstifadəçinin iOS cihazında hazırda seçilən dili müəyyən edir. Proqramın lokalizasiyası üçün ipucu kimi istifadə edilir.
    HsAppAppFirstOpenedProqramın ilk açılma tarixini müəyyən etmək üçün, müəyyən gün sonra tədbirləri planlaşdırmaq üçün istifadə edilir.
    HSAppShowOnboardingCari qurulma prosesini göstərib göstərməməyi müəyyən etmək üçün istifadə edilir.
    HSAppSavedLanguageProqramı müvafiq şəkildə lokalizasiya etmək üçün istifadə edilir.
    HSAppPermission_Notifications
    HSAppPermission_Camera
    HSAppPermission_Photo
    (yalnız-iOS) İstifadəçinin proqram üçün verdiyi icazələri qeydə alır, bizim hər dəfə orijinal iOS zəngi etməmizin qarşısını almaq üçün keşlənir.
    HSAppPAButtonHighlightState
    HSAppPAButtonHighlightAppFirstOpenedShown
    (iOS və yalnız-Android) Tələb edildikdə istifadəçinin marağını Valideyn Zonasına çəkmək üçün istifadə edilir.
    HSAppFeaturesEnabledLevelQabaqcıl qrafik effektlərin az imkanlı cihazların işinə köməyini müəyyən etmək üçün istifadə edilir.
    HSAppPreviouslyActiveLicenseDəyişən zaman "yeni lisenziya" mesajlaşmasını kəsmək üçün istifadə edilir.
    HS__CompletedOyun və səviyyələrlə istifadəçinin gedişatını qeydə alır.
    HSMetaToy___UnlockedContentKiliddən açılmış və ya bərpa edilmiş bonus MetaToy məzmununu qeydə alır.
    HSUnlocker__ScannerUnlockedKiliddən açılmış və ya bərpa edilmiş bonus Scanner məzmununu qeydə alır.
  • 5. Bu Kuki Siyasəti ən son nə zaman yenilənmişdir?

    3 Avqust 2015